🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İsrailin 50 ildən sonra Suriyaya hücumu

09.12.2024 05:47 15 baxış sayı 2 dəq. oxuma
İsrailin 50 ildən sonra Suriyaya hücumu

Suriyada tarixi hadisələr baş verdi. 27 noyabrda başlayan müxaliflərin əməliyyatı 12 gün ərzində Bəşər Əsəd rejimini yıxdı. Qısa müddət ərzində Şamı da ələ keçirən müxaliflər 61 illik Baas rejiminin süqutunu elan etdilər.


Əsəd və ailəsinin Rusiyaya qaçdığı bildirilir. Moskva hökumətinin onlara sığınacaq təklif etdiyi deyilir. Beləliklə, Əsəd milyonlarla vətəndaşı ilə eyni taleyi paylaşaraq, rəsmi olaraq qaçqın statusu aldı.


Bu hadisələrin fonunda İsrail də hərəkətə keçdi. Xəbərlərə görə, İsrail qüvvələri Suriyanın ərazisinə daxil olub. Həmçinin, İsrailin hərbi qüvvələrinin həftə sonu Suriyanın hərbi obyektlərini də vurduğu bildirilir.


Bildirilir ki, bu hərbi obyektlərin müxaliflərin əlinə keçməsi İsrail üçün təhlükə yaradırdı. Vurulan hədəflər arasında kiçik kimyəvi silah anbarları, radar avadanlığı, Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri və Scud raketləri var idi. İsrail qüvvələrinin 1973-cü ildən sonra ilk dəfə olaraq Golan təpələrindən Suriyanın ərazisinə daxil olduğu bildirilir.


İsrail Baş naziri Benyamin Netanyahunun orduya Golan təpələrindəki tampon bölgəni "ələ keçirmək" əmrini verdiyi deyilir. İsrail ordusunun Golan təpələrinin Suriyaya aid hissəsindəki Şeyx dağı ərazisini işğal etdiyi təsdiqlənir. İsrail 1967-ci ildən bəri Golan təpələrini işğal altında saxlayır.


Suriyada 27 noyabrda rejim əleyhinə silahlı qruplar və Bəşər Əsəd qüvvələri arasında toqquşmalar gücləndi. Qruplar 30 noyabr-7 dekabr tarixlərində əsas şəhərlərdə üstünlük qazandı. 7 dekabrda Şama daxil olan qruplara əhalinin dəstəyi ilə rejim süquta uğradı.


61 illik Baas Partiyasının hakimiyyəti sona çatdı və rejim lideri Əsəd paytaxdan qaçdı. Suriyanın Milli Ordusu isə Türkiyə sərhədinə yaxın ərazilərdə PKK/YPG terror təşkilatının işğal etdiyi Tel Rıfatı azad etdikdən sonra Münbiçdəki terrorçulara doğru irəlilədi.


Paylaş: