
Son Xeberler
9 abunə
"İşsizlərə 110 manat verilir" xəbəri ilə bağlı - RƏSMİ AÇIQLAMA
05.01.2021 14:32
618 baxış sayı
2 dəq. oxuma

"Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə "110 manat ünvanlı yardım” almaq üçün "yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov öz feysbuk hesabında bildirib.
Qurum rəsmisi məsələyə belə aydınlıq gətirib:
"Əvvəla, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur. Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda "110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.
Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız "məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır.
Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Oxşar xəbərlər

İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadı...
Son Xeberler
640
23/06 10:58

Bu uşaqlara aylıq müavinət verilir - MƏBLƏĞ
Bugun.az
36
25/04 11:25

Ordumuzun Xocavənd və Şuşanı atəşə tutması xəbəri...
Son Xeberler
608
05/11 06:16

Ordumuzun Xankəndini yenidən atəşə tutması xəbəri...
Son Xeberler
568
09/11 06:32

Bu kolleclərdə təhsil haqqı artırıldı -
Son Xeberler
642
14/08 09:18

Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəld...
Son Xeberler
480
13/02 06:59