
İstanbul-Bakı aviareysinə bu şəxslər buraxılacaq - SİYAHI

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxılacaq şəxslər barədə məlumat yayıb.
Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:
- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;
- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.
Oxşar xəbərlər

AZAL İstanbula iki xüsusi reys yerinə yetirəcək
Son Xeberler

Azərbaycanlı həkim: "Sevişmək qadağandır!"
Son Xeberler

AZAL-dan biletlərin baha satılması xəbərinə
Son Xeberler

Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşla...
Son Xeberler

Bakı-İstanbul yolunda qar fəlakəti: Onlarla avtomo...
Son Xeberler

Miri Yusif ailəsi ilə birgə Türkiyəyə istirahətə g...
Son Xeberler