
İtkin düşən uşağın meyiti tapıldı

02.09.2029-ci il tarixdə Sumqayıt şəhəri ərazisində naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışları başa çatıb.
Y.Davudovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yusif Davudovun itkin düşməsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu uşağın itkin düşdüyü ehtimal olunan əraziyə cəlb olunaraq axtarışlara başlayıb. Y.Davudovun Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından axtarışlar onun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində (Samur-Abşeron kanalı və Ceyranbatan su anbarı) davam etdirilib.
Oxşar xəbərlər

İtkin düşmüşdü, meyiti meşədə tapıldı -
Son Xeberler

Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler

Azərbaycanda sabiq icra başçısının oğlunun meyiti...
Xəbər Anı

Azərbaycanda qəbiristanlıqda yeni doğulmuş körpə m...
Son Xeberler

Daha 2 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler

Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin...
Son Xeberler