İtləri harada gəzdirmək olar? - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi sərt karantin rejimi günlərində itləri gəzdirməyə verilən icazənin şərtlərini açıqlayıb.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:
“Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri alıb və alacaqdır”.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq.
Oxşar xəbərlər
Əhmədlidə yerləşən Ailə TV - Xətai filialına sürüc...
Edumap.az Təhsil Portalı
Qarabağdakı "təmas xətti" harada olacaq? - VACİB S...
Son Xeberler
Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar? -
Son Xeberler
Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə...
Son Xeberler
Ermənistan üçün razılaşmadan imtina intihar olar -...
Son Xeberler
Tramp dünyanı ''ələ'' saldı-SON DƏQİQƏ
Son Xeberler