
İTV-nin iki əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.
Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.
O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.
Oxşar xəbərlər

CBC-nin 8 əməkdaşı koronavirusa yoluxdu
Son Xeberler

AzTV-nin tanınmış aparıcısı koronavirusa yoluxdu -
Son Xeberler

Makron koronavirusa yoluxdu
Son Xeberler

Qazaxıstanın Səhiyyə naziri koronavirusa yoluxdu
İdman Xəbər

ŞOK: Koronavirusa yoluxdu - Rusiya çalxalanır
Anar Türkeş

İngiltərə klubunun baş məşqçisi koronavirusa yolux...
İdman Xəbər