02.11.2020 18:41
6
abunə
439
İzmirdə ölənlərin sayı 91-ə çatdı - YENİLƏNİB

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb. Onlardan 743-ü xəstəxanadan evə buraxılıb, 219-nun müalicəsi davam etdirilir.

“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, - deyə nazirlikdən bildirilib.

***

Zəlzələ qurbanlarının sayı 85-ə çatıb.

8 yaşayış binasının dağıntıları altında axtarış-xilasetmə işləri aparılır.

***

Türkiyə Fövqəladə Halalrın İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində 91 nəfər həlak olub.

994 nəfər xəsarət alıb. Onlardan 839-u xəstəxanadan evə buraxılıb, 155-nin müalicəsi davam etdirilir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine