Kadırov məşhur türk aşpazın restoranında - VİDEO

19.02.2021 17:37 1,028 baxış sayı 2 dəq. oxuma
Kadırov məşhur türk aşpazın restoranında - VİDEO
Çeçenistanın rəhbəri Ramzan Kadırov tanınmış türkiyəli aşpaz Burak Özdəmirin Dubayda yerləşən restoranına gedib.

Bu barədə siyasətçi özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“CZN Burak” adlı restoranda Çeçenistan rəhbərinə müxtəlif dadlı təamlar təqdim edilib. “Türk şeytanı” adı ilə tanınan usta aşpaz Kadırovun şərəfinə üzərinə onun adı yazılmış fətir bişirib. Restoranda çəkilmiş görüntülər böyük marağa səbəb olub.

Qeyd edək ki, R.Kadırov bugünlərdə BƏƏ-yə işgüzar səfər edib. Onun ölkə rəsmilərilə görüşdüyü bildirilib.oxu.az

 

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: