Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir – Operativ Qərargah

14.08.2020 12:14 1,702 baxış sayı 2 dəq. oxuma
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir –

Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir.

 Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların açılacağı barədə məlumat verilib

Səhiyyə Nazirinin müavini Viktor Qasımov qazet.az-a açıqlamasında bildirib ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmdə olan məsələlərlə bağlı brifinq keçirəcək.

“Ölkədə koronavirus pandemiyasının gedişi ilə bağlı ətraflı məlumat brifinqdə veriləcək”, – deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, kafe və restoranların fəaliyyətini bərpa etməsi və regionlara gediş-gəlişlə bağlı rəsmi açıqlamanın olması da gözlənilir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: