🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz edildi

25.07.2020 13:47 419 baxış sayı 3 dəq. oxuma
Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz edildi

Kanadanın paytaxtı Ottava şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin nəzərinə çatdırmaq olub.

Azərbaycanın üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.

Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkətə keçməlidir!" və digər şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə qətiyyətli addımların atılmasını tələb ediblər.

Paylaş: