"Karantin hamı üçündür, varlı və kasıb fərqi yoxdur” - Deputat
"Karantin qaydaları hər kəs üçündür. Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü, fərqi yoxdur. Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.
Deputat bildirib ki, bu gün karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu, hər kəs üçün ciddi dərs olmalıdır:
"Toy qadağası davam edir və bu hər kəs üçün belədir. Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kimə xüsusi imtiyaz verilmədiyini və verilməyəciyini bir daha göstərir. Bəlkə də artıq bu kimi hadisələrdə cəmiyyət olaraq təəcüblənməməyi öyrənməyə başlamalıyıq. Hamı qanun qarşısında bərabər olmalıdır. Doğru olan budur".
Etiketlər
Oxşar xəbərlər
"Heç bir qız kasıb oğlana ərə getmək istəməz" -
Şou Xəbər
Pərvindən tənqidlərə cavab:
Şou Xəbər
"Müğənnilərin hamısı varlıdır" - Xəyyam Nisanov
Son Xeberler
"Sənin nəslini kasıb oğlanlar qoruyur" - Əsgərdən...
Son Xeberler
Dünyanın ən varlı insanları siyahısında lider dəyi...
Son Xeberler
Elon Musk-ın varlı ailəsi
OrdanBurdan