Karantin rejimi ilə bağlı cərimələr artırılır RƏSMİ
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Milli Məclisin iyulun 29-da akeçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Azərbaycanda maskaya görə cərimələr yenidən artırı...
Son Xeberler
Bu şəhər və rayonlarda iki həftəlik sərt karantin...
Son Xeberler
Bu cərimələrin məbləği iki dəfə artırılır
Bugun.az
Maskaya görə cərimələr yenidən artırıldı -
Son Xeberler
SMS icazənin müddəti ilə bağlı dəyişiklik olundu -...
Son Xeberler
Avqustun 5-dən bu iki rayonda karantin ləğv edilir
Son Xeberler