🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Karantin yenə sərtləşdirilə bilər” - TƏBİB-dən XƏBƏRDARLIQ - VİDEO

15.09.2020 06:13 548 baxış sayı 2 dəq. oxuma
“Karantin yenə sərtləşdirilə bilər” -

"Əgər karantin rejimi tam yumşaldılırsa, insanlara müəyyən sərbəstliklər verilirsə, buna görə arxayınlaşmamalıyıq. Xəstəliyə qarşı vaksin əlimizidə deyil. Qorunma tədbirlərindən istifadə etməliyik".

Bu sözləri TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"nun qonağı olarkən deyib.

O bildirib ki, insanlar bu qaydalara riayət etməsə, bu, yoluxma sayının artmasına gətirib çıxaracaq:

"Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir.

İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər".

 
 

Etiketlər

Paylaş: