Kim Çen In üzr istəyib ağladı - VİDEO

12.10.2020 12:35 544 baxış sayı 3 dəq. oxuma
Kim Çen In üzr istəyib ağladı -

Şimali Koreya lideri Kim Çen In xalq qarşısında etdiyi səhvlərə görə üzr istəyib və göz yaşı töküb.

KXDR rəhbərinin Koreya Əmək Partiyasının 75 illiyi şərəfinə təşkil olunan hərbi paradda etdiyi çıxışda xalqa təşəkkürünü bildirib və həyatlarını düzəldə bilmədiyi üçün peşman olduğunu vurğulayıb.

“Xalqımız mənə güvəndi, güvəni göy qədər uca və dəniz qədər dərin idi, amma hər zaman onların ümidlərini doğrultmağı bacarmadım. Məni bağışlayın”,- deyə Kim Çen In qeyd edib.

“Daily Mail” nəşrinin yayımladığı kadrlarda isə onun eynəyini çıxarıb göz yaşlarını sildiyi görünür.

Bəzi mütəxəssislər ölkə başçısının koronavirusa qarşı kifayət qədər təsirli mübarizə siyasəti apara bilmədiyinə görə üzr istədiyini düşünür.

Qeyd edək ki, KXDR liderinin daha əvvəllər etdiyi çıxışlar əsasən şablon xarakter daşıyır və ölkənin hərbi gücünü təsvir etməyə yönəlirdi.

 

 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: