Son Xeberler
8 abunə
Kimlər tibbi sığorta haqqı ödəməkdən azaddır?
11.01.2021 15:22
539 baxış sayı
3 dəq. oxuma
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimlərin icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Agentlikdən bildirilib ki, "Tibbi sığorta haqqında” qanununun 15-10-cu maddəsinə əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu ilin 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılıb.
Qeyd olunub ki, qanuna əsasən yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır: "Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Digər şəxslərə heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər aid edilir. Əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər”.
Oxşar xəbərlər
Pulsuz Dərmanlar: İcbari Tibbi Sığortadan Nə Gözlə...
Bugun.az
44
09/10 06:25
Əhaliyə ŞAD xəbər -
Son Xeberler
1,647
26/06 05:21
Əhaliyə ŞAD XƏBƏR:
Son Xeberler
1,093
08/08 17:23
XOŞ XƏBƏR: Tibbi xidmətlər tamamilə PULSUZ OLACAQ...
Son Xeberler
416
01/01 18:33
“Meqa Həyat Sığorta” ASC Fərdi müştərilərlə iş böl...
Edumap.az Təhsil Portalı
22
06/11 11:52
Nazirlər Kabinetindən yeni
Son Xeberler
508
17/08 17:35