Kimlərin icazəsi ləğv olundu? - İZAH
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.
Bununla əlaqədar fəaliyyətinə icazə verilmiş bir sıra vətəndaşların icazəsi ləğv olunub. Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Qərara əsasən, işçi sayının 50 faiz azaldıldığı sahələr aşağıdakılardır:
Əsas istehsalat növləri üzrə
gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
mühəndislik və layihələndirmə xidmətləri;
qablaşdırma məhsullarının istehsalı;
daş, metal və taxta məhsullarının istehsalı;
mebel istehsalı və təmiri;
Pərakəndə və topdan satış üzrə:
zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış
məntəqələri;
tikinti materiallarının və məişət xırdavatlarının satışı
məntəqələri;
onlayn satışlar.
Məişət xidmətləri üzrə:
kimyəvi təmizləmə;
mənzillər istisna olmaqla, yaşayış binalarının
təmizlənməsi;
avtomobillərin təmiri;
avtomobil yuyulma məntəqələri;
heyvan sığınacaqları
Xüsusi xidmət növləri üzrə:
tərcümə xidmətləri;
Məişət xidmətləri üzrə:
məişət tullantılarının yığılması və utilizasiyası;
Yuxarıda göstərilən sahələrdə çalışan şəxslərin sayı ümumi işçi sayının 50 faizindən çox olmamalıdır.
İcazənin ləğv olunub-olunmadığını necə öyrənmək olar?
Bunun üçün ilk növbədə çalışdığınız müəssisəyə müraciət edib, məlumat ala bilərsiniz. Həmçinin onlayn formada my.gov.az portalında qeydiyyatdan keçib, icazənizin olub-olmadığına baxa bilərsiniz.
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə icazə sisteminə edilən digər dəyişiklik vətəndaşların evdən çıxma qaydaları ilə bağlıdır.
Dəyişikliyə əsasən, vətəndaşlar evdən çıxmaq üçün 8103 SMS sistemi ilə yanaşı "E-TƏBİB" mobil tətbiqindən də istifadə edə bilərlər. Bunun üçün "E-TƏBİB" mobil tətbiqini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.
8103 SMS icazə sisteminin fəaliyyətində müəyyən dəyişiklik edilib. Artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir. Eyni zamanda “E-TƏBİB” mobil tətbiqi vasitəsi ilə edilən müraciətlər 5 dəqiqə ərzində cavabla təmin olunur.
Oxşar xəbərlər
Əlçatan Tesla Model 2 Ləğv Olundu mu?
Texnologiya xəbərləri
Məşhur otel bağlanır? -
Son Xeberler
Bakıda karantin keçid postları ləğv olundu
Son Xeberler
İtaliya Qran-prisi ləğv olundu
İdman Xəbər
İcazəsi ləğv olunan şəxslər nə etməlidir? —
Son Xeberler
Rusiyadakı Avropa çempionatı ləğv olundu
Son Xeberler