🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Kişi qonşusunun topuğundan tüfənglə vurub

07.09.2020 13:16 620 baxış sayı 1 dəq. oxuma
Kişi qonşusunun topuğundan tüfənglə vurub

Bərdədə silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

Etiketlər

Paylaş: