Son Xeberler
Son Xeberler

27.06.2020 05:15

6 abunə

376

Klinikalar koronavirus testi müayinələrini dayandırdı

Klinikalar koronavirus testi müayinələrini dayandırdı

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.

Dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.

"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər", - vətəndaşlardan biri Marja-ya bildirib.

Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.