🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirus xəstələrinin evdə müalicəsi belə aparılır - VİDEO

10.07.2020 11:52 548 baxış sayı 3 dəq. oxuma
Koronavirus xəstələrinin evdə müalicəsi belə aparılır -

Xəstəxanalarda aktiv xəstələrin sayı artıqca, evdə müalicə alanların sayı da artır.

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış İşçi qrupunun üzvü Səbinə Babazadə, COVİD-19 virusuna yoluxmuş şəxslərin evdə müalicə alma prosesi barədə açıqlamasında bildirib ki, Vətəndaş özündə narahatlıq, virusa xas əlamətlər hiss etdikdə sahə poliklinikasına müraciət etməlidir. Testin nəticəsi məlum olduqdan sonra xəstənin evdə və ya xəstəxanada müalicə olunmasına sahə həkimi qərar verir və evdə müalicə də yalnız həkim nəzarəti altında aparılır.

“Tibb işçisi evdə monipulyasiya etməməlidirBu infeksion kontrol qaydalarına ziddir. Belə bir müalicə evdə yox, xəstəxanada aparılır. Həkim nəzarəti vacibdir. Həkim təyin edərsə, ağırlaşma hiss edərsə, bu zaman 103-ə müraciət olunmalıdır. “- deyə Səbinə Babazadə bildirir

Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Həmin dərmanlara vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur: Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.

Paylaş: