Koronavirusa inanmayan prezident 55 yaşında vəfat etdi
Burundi Respublikasının Prezidenti Pyer Nkurunziza 55 yaşında ürək çatışmazlığından vəfat edib.
Bu barədə Burundi hökumətinin yaydığı bəyanatda qeyd olunur.
İyunun 6-da özünü pis hiss edən P.Nkurunziza xəstəxanaya yerləşdirib. İki gündən sonra o, xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, silahlı qruplaşmaya rəhbərlik edən P.Nkurunziza hərbi çevrilişlə hakimiyyətə gəlib.
15 il ərzində Burundiyə rəhbərlik edən P.Nkurunziza dəfələrlə öz çıxışlarında qeyd edib ki, millətə və dövlətə tanrının iradəsi ilə rəhbərlik edir.
Son aylarda mərhum prezident ölkə daxilində və beynəlxalq ictimaiyyət tərəfindən koronavirusla mübarizədə lazımi tədbirlər görmədiyi üçün sərt tənqid edilirdi.
Məlumata görə, bir müddət əvvəl prezidentin həyat yoldaşı COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Dövlət başçısının pandemiyaya yoluxması haqqında isə məlumat verilmirdi.
Qeyd edək ki, pandemiya dalğasının güclü olduğu dövrdə - mayın 20-də Burundi Respublikasında prezident seçkiləri keçirilib və P.Nkurunzizanın varisi elan etdiyi Evarist Ndaişimie qalib gəlib. Lakin o, hələlik prezident vəzifələrinin icrasına başlamayıb.
Oxşar xəbərlər
Əməkdar artist vəfat etdi
Son Xeberler
BDU-nun dosenti vəfat etdi
Son Xeberler
"Brilyant əl”in Annası vəfat etdi
Xəbər Anı
Tanınmış aktyor vəfat etdi -
Son Xeberler
Azərbaycanda koronavirusa yoluxan alim VƏFAT ETDİ
Son Xeberler
Bakıda icra hakimiyyətinin şöbə müdiri vəfat etdi
Son Xeberler