Koronaviruslu xəstələrin evdə müalicəsinə başlayacağıq”
“Koronavirus xəstələrinin evdə müalicəsinin tətbiqinə qısa müddətdə başlayacağıq”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ola bilər ki, sabahdan bunun tətbiqinə başlanılsın, hazırlıq işləri görülür:
“Söhbət o şəxslərdən gedir ki, xəstənin heç bir simptomu yoxdur və ya simptomu çox zəifdir. Təbii ki, həmin şəxsləri poliklinika da müşahidə altına alır. Dünyada hətta orta ağır xəstələr də evdə müalicə olunur. Biz orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr evdə müalicə olunacaq. Poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq. Poliklinikalar gündə 2 dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən qrafiklər üzərində xəstələrin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər”.
Oxşar xəbərlər
Koronavirus xəstələrinin evdə müalicəsinə başlanıl...
Son Xeberler
Koronavirusa tutulanlara yazılan dərmanlar -
Son Xeberler
Şadlıq sarayları və məktəblər koronaviruslu xəstəl...
Son Xeberler
Baş infeksionist əhaliyə müraciət etdi
Son Xeberler
Prezident hospitalın
Son Xeberler
Yeni statistika: New York-da xəstələrin 84%-i evdə...
Bugun.az