Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin Mehdi Məmmədov küçəsi sakinlərin problem mənbəyinə çevrilib.
Belə ki, ətraf küçələrdə yenidənqurma işləri başa çatdırılıb və yol sakinlərə təhvil verilib. Lakin, bu küçə hər zaman olduğu kimi tozu və palçığı ilə qalmaqdadı. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.
Küçənin kələ-kötür, dağınıq olması səbəbindən bura nə təcili yardım gələ bilir, nə də taksi.
Problemlə bağlı AAYDA-dan Baku TV-yə bildirdilər ki, əraziyə baxış keçirilib və küçə təmirə ehtiyacı olan yollar siyahısına daxil edilib.
Həmçinin, növbəti mərhələdən küçənin kommunikasiya xətləri olan hissəsində də təmir işlərinə başlanılacaq.
Ümid edirik ki, aidiyyəti qurumun dediyi kimi bu küçənin də necə deyərlər, bəxti açılar, sakinlər öz rahatlığına qovuşarlar.