Laçın dəhlizi minalardan tam təmizləndi
Laçın dəhlizi və Xankəndinə gedən yolun bir hissəsi minalardan tam təmizlənib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bugünkü brifinqdə deyib.
“Rusiya sülhməramlı kontingentinin mühəndis bömlələri Laçın dəhlizini və Xankəndinə qədər olan yolun 28 kilometrini minalardan, partlayıcı qurğulardan, vurulmuş və sıradan çıxmış texnikadan tam təmizləyib. Bu gün saat 10:00-dan etibarən isə dəhliz mülki nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün açılıb”, - deyə Konaşenkov bildirib.
General, həmçinin, əlavə edib ki, hərbçilər mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirirlər. Partlayıcı maddələrin aşkarlanması və axtarışında xidməti itlər də iştirak edir.
Oxşar xəbərlər
Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı YENİ AÇIQLA...
Son Xeberler
SON DƏQİQƏ! Şuşada rus sülhməramlı həlak oldu
Son Xeberler
“Laçın dəhlizi vasitəsilə keçən yolu Ermənistan ba...
Son Xeberler
“Laçın dəhlizində ərazi minalardan təmizlənir” -
Son Xeberler
Kəlbəcər minalardan təmizlənir? -
Son Xeberler
Prezident: "Füzulidə beynəlxalq aeroport tikiləcək...
Son Xeberler