🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Lavrov vəzifədən gedir – senator olacaq...

31.10.2020 17:25 772 baxış sayı 5 dəq. oxuma
Lavrov vəzifədən gedir –

Prezident Vladimir Putin Federasiya Şurasının formalaşmasına dair qanun layihəsini parlamentə təqdim göndərib.

Layihə təsdiqlənəcəyi halda, dövlət başçısı bəzi senatorları ömürlük təyin etmək hüququ qazanacaq. Senatorlar arasında Prezident tərəfindən təyin olunanları sayı 30-dan çox olmayacaq, amma dövlət başçısı onlardan 7-nə ömürlük senator statusu vermək səlahiyyətinə malikdir.

Bu təyinatda həmin şəxslərin dövlət qarşısında xidmətiləri nəzərə alınacaq. Eyni zamanda, keçmiş prezidentin səlahiyyətlərinə xitam verildiyi tarixdən etibarən üç ay ərzində ərizə təqdim edəcəyi təqdirdə o da ömürlük senator ola biləcək.

Yada salaq ki, Rusiya Federasiya Şurasında belə bir dəyişiklik olacağı ilə bağlı ilk dəfə ötən ay “Sobesednik” nəşri yazmışdı.

Nəşrin iddiasına görə, Kreml bu ilin sonuna qədər Rusiya parlamentinin yuxarı palatasının - Federasiya Şurasının tərkibini əsaslı şəkildə dəyişdirmək niyyətindədir. Ən maraqlı məqam isə Rusiyanın Xarici İşlər naziri ilə bağlı idi. Nəşr yazırdı ki, Sergey Lavrova Federsiya Şurasında ömürlük senator vəzifəsi təklif edilir. Lavrovla bərabər, XİN sözçüsü Mariya Zaxarovanın da işdən gedəcəyi və sonuncuya Dövlət Dumasında iş veriləcəyi bildirilirdi.

Lavrov və Zaxarovanın Xarici İşlər Nazirliyindən istefaya göndərilməsi vəzifələrini itirməsi kimi deyil, ölkə parlamenti çərçivəsində işlərin yenidən qurulmasında yeni görəv verilməsi kimi qiymətləndirilir. Ekspertlər deyir ki, Kreml hər iki parlament palatasının və Dövlət Şurasının əlaqələndirməsinin gücləndirilməsini istəyir. Üstəlik, Dövlət Duması və Federasiya Şurasının Nazirlər Kabineti üzərində nəzarəti gücləndiriləcək, hökumət üzvlərinin təsdiqində aparıcı rol alacaq. Yaradılan Dövlət Şurası isə bütün dövlət idarəetmə sisteminin moderatoru funksiyasını öz üzərinə götürəcək, eyni zamanda bütün hakimiyyət qolları üzərində nəzarət edəcək.

Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.

Mariya Zaxarovaya gəlincə, Serbiya prezidenti ilə bağlı məlum qalmaqallı statusundan sonra onun XİN-dən uzaqqlaşdırılacağı iddia olunurdu. Bildirilirdi ki, uzun illərdir Çinə səfir getməyi arzu edən Zaxarovanın məlum qalmaqaldan sonra bu arzusunun üstündən xətt çəkilib.

Göründüyü kimi, təxminən ayyarım əvvəl yazılmış iddia gerçəkləşməkdədir. Rusiya dövlət başçısının məlum qanun layihəsi Lavrovla bağlı xəbərlərin də gerçəkləşəcəyini göstərir. (musavat.com)

Paylaş: