“Lazım olan an güc tətbiq edəcəyik və bunu gizlətmirik” - Zakir Həsənov
“Mən Müdafiə naziri olaraq Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad edilməsi tapşırığını yerinə yetirməyə hazır olduğunu məruzə edirəm”.
Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov CBC-yə müsahibəsində deyib.
O, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyini vurğulayıb.
“Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanın son çıxışlarını hamımız dinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və biz ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik.
Prezident öz çıxışlarında tamamilə dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda - və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik.
Biz bunu gizlətmirik. Görünür, danışıqlar prosesinə ümid hələ ki tükənməyib. Düzdür, mən danışıqlarda iştirak etmirəm, amma belə düşünürəm. Mənim qarşımda duran vəzifə hazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır.”.
Etiketlər
Oxşar xəbərlər
"Qardaşlarımızın yanında olmağa davam edəcəyik" -
Son Xeberler
Elman Rüstəmov: "Vəziyyət gərgindir, mürəkkəbdir.....
SON Xəbər
“Genişmiqyaslı müharibə başlaya bilər” -
Son Xeberler
Ərdoğandan sərt açıqlama:
Son Xeberler
Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağı...
Son Xeberler
Yeddi rayonu Azərbaycana vermək lazım idi -
Son Xeberler