Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.
Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.
1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.
Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.
Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.