04.08.2020 23:14
6
abunə
651
Livanda matəm elan olundu: Minlərlə yaralı var

Beyrutdakı partlayış zamanı 2200-dən çox insan yaralanıb.

Bu barədə yerli OTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı azı 30 nəfər həlak olub. Ölənlər arasında Livanın "Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan da var.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine