Livandan növbəti muzdlu dəstəsi İrəvana yola düşüb
Məlumatlı mənbələr Livanın paytaxtı Beyrutdan muzdlu döyüşçüləri daşıyan təyyarənin İrəvana uçduğunu bildirib. Qeyd edilib ki, Ermənistan hakimiyyəti muzdluları işğal etdikləri Azərbaycan ərazilərinə göndərmək niyyətindədir.
İnfo24.ru xəbər verir ki, Airbus A320-232-nin Livandan Ermənistana uçuşu təyyarələrin hərəkətini real vaxtda əks etdirən Flightradar24 portalının məlumatı əsasında öz təsdiqini tapıb.
Mənbələrə görə, növbəti dəstənin İrəvana yola düşməsi Ermənistanın Azərbaycan ərazisinə zərbə endirmək üçün Yaxın Şərq bölgəsindəki "qaynar nöqtələr"də olan terrorçulardan və muzdlu döyüşçülərdən geniş şəkildə istifadə etdiyini göstərir. Bununla Ermənistan döyüşlərdə verdiyi real itkiləri gizlətməyə çalışır. Rəsmi İrəvan isə şübhəni öz üzərindən atmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə günahlandırır. Lakin bununla bağlı heç bir fakt ortaya qoya bilmir.
Oxşar xəbərlər
İrəvana daha 2 təyyarə sülhməramlı gətirildi
Son Xeberler
Daha iki muzdlu-terrorçu məhv edildi -
Son Xeberler
Sülhməramlılardan ibarət növbəti karvan Qarabağa y...
Son Xeberler
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa...
Bugun.az
Şuşaya döyüşməyə gələn livanlı qadın itkin düşüb...
Son Xeberler
Paşinyan kömək istədi, Rusiya müsbət cavab vermədi
Son Xeberler