27.08.2020 10:18
6
abunə
320
Liviyada etirazlar səngimir: yaralılar var - VİDEO

Liviyanın paytaxtı Tripolidə Milli Razılıq Hökumətinə (GNA) qarşı etiraz aksiyalarında altı nəfər yaralanıb.

Bu barədə “Sky News Arabia” telekanalı xəbər yayıb.

Bildirilib ki, Liviyadakı etirazlar təxminən bir həftədir ki, dayanmır.

Şəhidlər meydanında və ətraf küçələrdə atışma gedir. GNA qüvvələri həmin ərazini silahlı qruplaşmalar gəldikdən sonra tərk ediblər.

Bir neçə nümayişçinin“Əl-Navasi batalyonu” və “Tripoli müdafiə batalyonu” hərbi quruplaşmalara məxsus xüsusi həbsxanalarında saxlanıldığı bildirilir.

Liviyanın həm qərb, həm də şərq bölgəsində etirazlar davam edir. Nümayişçilər liderlərin - GNA rəhbəri Fayez Sərrac və Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftarın istefasını tələb edirlər.

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine