🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

London məhkəməsi Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ

30.08.2020 16:29 982 baxış sayı 2 dəq. oxuma
London məhkəməsi Mübariz Mənsimovla bağlı

London Məhkəməsinin qərarı ilə Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 20 il ərzində Maltada qorunan aktivləri dondurulur.

Bu barədə report Malta Today-ə istinadən xəbər verir 

Xəbərdə qeyd olunur ki, söhbət onlarla şirkət və gəmidən gedir.

Həmin şirkətlərdən bəzilərinin adları da məlum olub. Bunlar: Palmali İnternational Holding Company, Palmali İnternational Holding Two, Palmali Logistics, Palocean Shipping, Paloffshore Oil Services, Palriver Shipping, Palsea Shipping, Tampal Trade, Pal Food, Palchem Holding, Palmali Dry Cargo, Palmali Voyager, Caspian Holding, Pal Air, Pal Gas Holdling, Barge Oil Services, GMM Shipping & Trading və GMM Holding şirkətləridir.

Ümumilikdə isə London Məhkkəməsi may ayında M. Mənsimovun dünyadakı aktivlərini dondurub. Mübariz Mənsimovun onları satmaq istəməsi məhkəməyə hörmətsizlik kimi qəbul olunacaq.

Qeyd edək ki, məhkəmə bu qərarı Rusiyanın "Sberbank"ının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub.

Paylaş: