Londonda vəziyyət nəzarətdən çıxır - İnsanlar kütləvi şəkildə şəhəri tərk edir
London sakinləri koronavirusun yeni növünün aşkarlanmasından sonra tətbiq edilən sərt karantin qaydalarından qaçmaq üçün şəhəri tərk etməyə çalışıb.
Londondakı Hitrou hava limanında yüzlərlə sərnişin İrlandiyanın Dublin şəhərinə son reysə çatmaq üçün bir-biri ilə yarışıb.
Fransa, Almaniya, İsrail, El Salvador, Bolqarıstan, Hollandiya, İtaliya, Finlandiya, Danimarka, Türkiyə, Fas, Kanada, Belçika, Avstriya, Səudiyyə Ərəbistanı, Küveyt və İrlandiya İngiltərədən bütün uçuşları dayandırıb.
Böyük Britaniya Baş naziri Boris Conson bir sıra ölkələrin İngiltərədən uçuşları dayandırdıqlarını elan etməsindən sonra bu gün təcili iclas keçirəcək.
Bu gecə İngiltərə-Fransa sərhədinin də bağlandığı bildirilir.
Rəsmi şəxslər vəziyyətin nəzarətdən çıxdığını etiraf edir və bildirilir ki, hökumətin bu gün keçiriləcək iclasında təcili qərarlar qəbul edilməlidir.
Etiketlər
Oxşar xəbərlər
TƏBİB: Vəziyyət nəzarətdən çıxa bilər
Son Xeberler
Londonda fövqəladə vəziyyət rejimi elan edilib
Son Xeberler
Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü
Son Xeberler
Ermənilər azərbaycanlılara hücum etdilər,
Son Xeberler
Nigar Camalın qızları ilə hovuz görüntüləri yayıld...
Şou Xəbər
Qarabağ Londonda Tottenhem ilə qarşılaşacaq - Avro...
Son Xeberler