🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Lotu Quli”nin adamı məhkəmə qarşısında - VİDEO

05.09.2020 15:44 392 baxış sayı 4 dəq. oxuma
“Lotu Quli”nin adamı məhkəmə qarşısında -

50 yaşlı Rəhman Abdullayev hədə-qorxu yolu ilə pul tələb etmə və digər şəxsi qətl törətməyə təhrik etməkdə ittiham olunur.

31tv.ru hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, məhdud cinayətkar dairələrdə tanınan Rəhman Abdullayev Eldəniz Bağırov adlı şəxslə birlikdə ağır cinayət törətməkdə şübhəli bilinir.

İstintaq sənədlərində qeyd olunub ki, hər iki şəxs üç il əvvəl Rusiyanın Metallurgiya rayonunun ərazisində yerləşən kafelərdən birində Kikboksinq üzrə Dünya Kubokunun qalibi olan Ramil Caniyevdən 300 min rubl (6 780 manat) pul tələb edib.

Pulu tələb edən şəxslər qəsdən borcunu vaxtında geri qaytarmağı planlaşdıran həmyerlilərinin zənglərinə cavab verməyiblər. Bir müddət sonra tərəflər restoranda görüşməyi razılaşdırıblar.

Görüş əsnasında Caniyevə bildirilib ki, o, borcu gecikdirdiyinə görə daha 300 min rubl məbləğində pul ödəməlidir.

Peşəkar idmançı qarşı tərəfin şərtini qəbul etməyib və tərəflər arasında başlayan əlbəyaxa dava E. Bağırovun nokauta düşməsi ilə bitib.

Hadisədən hiddətlənən Rəhman Abdullayev E.Bağırovu cinayət törətməyə təhrik edib.

Bir həftə sonra E. Bağırov tapança ilə idmançının yaşadığı binanın qarşısında Caniyevə başından atəş açaraq onu ağır yaralayıb.

Zərərçəkən xəstəxanada vəfat edib. 25 yaşlı E.Bağırov Moskva vilayətinin Troitsk şəhərində saxlanılıb.

Əməliyyatçıların məlumatına əsasən, ikinci müttəhim R. Abdullayev idmançının ölümündən sonra onun borcunu Caniyevin dostlarından tələb etməyə başlayıb.

R. Abdullayev Moskva vilayətinin Leninsk rayonunda saxlanılıb.

Müstəntiqlərin verdiyi məlumata görə, 50 yaşlı R. Abdullayev Leninsk rayonundakı sahibkarlara “krışalıq” edib.

Ura.ru xəbər verir ki, R.Abdullayev cinayətkar aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamlarından biri olub və birbaşa onun göstərişi ilə Ural regionundakı bazarlara nəzarət edərək yığılan pulun bir hissəsini bu yaxınlarda Türkiyədə öldürülən “qanuni oğru”ya göndərib.

Etiketlər

Paylaş: