🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Lotu Quli"nin qətlini sifariş edən qruplaşmanın adı AÇIQLANDI

21.08.2020 07:49 1,842 baxış sayı 2 dəq. oxuma
"Lotu Quli"nin qətlini sifariş edən qruplaşmanın adı

Avqustun 20-i gecə Antalyada qətlə yetirilən "qanuni oğru" Nadir Səlifov (Loqu Quli) ilə bağlı yeni didalar ortaya çıxıb.

Kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmlarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.

"Azərbaycanlı cinayətkar qruplaşmalar başqa ölkələrdə meyvə, tərəvəz və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300% gəlir əldə etmək olur. Bu narkoticarətdən gələn gəlirlərlə müqayisə oluna bilər. "Lotu Quli" çeçen qruplaşmaları ilə "Fud Siti", "Dörd mövsüm" və s. topdan satış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. Hər ay yüz milyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir". (modern.az)

Paylaş: