03.11.2020 09:39
6
abunə
416
Lukaşenko Makronun anti-İslam fikirlərini tənqid etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun anti-İslam fikirlərini tənqid edib. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Peyğəmbərə toxunma. Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?”, - Lukaşenko Makronun Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən “Charlie Hebdo” jurnalını müdafiə etməsinə münasibət bildirərkən deyib.

Dövlət başçısı bildirib ki, Belarusda digər dinlərin nümayəndələri ilə fəal əməkdaşlıq edirlər və Minskdə məscidin açılmasını misal gətirib.

Lukaşenkonun sözlərinə görə, Belarusda müsəlmanlar “heç vaxt problem yaratmayıblar” və seçkilərdə, demək olar ki, həmişə ona və hakimiyyətə dəstək veriblər.

Belarus prezidentinin sözlərinə görə, “möminlərin duyğularına müdaxilə” qəbuledilməzdir. “Bəlkə, onunla (Makronla –red.) müsəlmanlar arasında vasitəçiliyə ehtiyac var? Mən ona kömək edə bilərəm”, - Lukaşenko deyib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine