Mahir Quliyevin iki kadrı vəfat etdi
Biləsuvar Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq rəhbəri vəfat edib.Bir müddətdir xərçəngdən əziyyət çəkən baş memar Yaşar Əzimov dünyasını dəyişib.
Rayonun həbsdə olan keçmiş icra başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov da həyatını itirib. Onun koronavirusdan öldüyü bildirilir.
Qeyd edək ki, Mahir Quliyev bu ilin aprel ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə ittiham olunurdu.
DTX-nin yaydığı rəsmi məlumatda P. Şahbazovun da adı çəkilirdi. Bildirilirdi ki, Mahir Quliyev köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Oxşar xəbərlər
Şahbaz Quliyevin anası vəfat etdi
Son Xeberler
DTX-nın həbs etdiyi icra başçısı barədə
Son Xeberler
Azərbaycanda tanınmış musiqiçi 51 YAŞINDA vəfat et...
Son Xeberler
Mahir Emreli Almaniya II Bundesligasında yenə də q...
Bugun.az
Əməkdar artist vəfat etdi
Son Xeberler
Mahir Emreli yığmadan kənarlaşdırıldı
İdman Xəbər