
“Makron başını itirib, yatıb-durur məndən danışır” - Ərdoğan

"Fransa prezidentinin işi-gücü mənimlədir. Başını itirib. Yatıb-durur məndən danışır. Dünən də dedim, bu, yoluxma əlamətidir, onun müayinədən keçməsi lazımdır"
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında deyib.
"Suriyada zülm çəkən o qəriblərin imdadına kim çatır? Əlbəttə ki, Türkiyə. Dörd milyon qaçqını torpaqlarımızda yerləşdirməmişikmi? Bir o qədərinin də Suriyada eyni şəkildə qayğısına qalmırıqmı? Bunu görmək üçün sizin gözünüz yoxdur. Qulağınız var, ancaq eşitmir. Ağzınız var, ancaq haqqı demir. Milyonlarla məsum insanın yükünü çəkirik. Milli gəlirə görə ən çox humanitar yardım göstərən ölkələr sırasındayıq, bunun üçün peşman deyilik, əksinə minillik qardaşlığımız olan insanlara qucaq açmaqdan şərəf duyuruq.
Liviyada iftira və ittihamlarla bölgədən çıxarmağa çalışdılar. Ancaq oradakı qardaşlarımızın dəvəti ilə Liviyadayıq. Suriyada olmağımız üçün isə zalım Əsədin dəvətini gözləməyimizə gərək yoxdur".
Oxşar xəbərlər

Makron “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu...
Son Xeberler

Makron koronavirusa yoluxdu
Son Xeberler

Aqil Abbas: “Makron qudurub”
Son Xeberler

Makron Soyqırımda İttiham Olunur
Bugun.az

Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurla...
Son Xeberler

Trüdo ilə Makron Qarabağı müzakirə etdi
Son Xeberler