Masallıda qadın evində qətlə yetirilib
Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatlarının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda polkovnik qətlə yetirildi
Son Xeberler
Keçmiş arvadını iş başında öldürdü
Xəbər Anı
Azərbaycanda xanım müğənni qətlə yetirilib-
Son Xeberler
Rus deputat evində güllələnərək öldürüldü
Son Xeberler
41 yaşlı qadın dəm qazından öldü
Son Xeberler
Qatil "Lotu Quli"ni öldürməmişdən öncə VİDEOYA ÇƏK...
Son Xeberler