Mehdiyevin nəvəsinin toyuna gedən daha bir vəzifəli şəxs cəzalandırıldı - VİDEO

03.09.2020 11:22 690 baxış sayı 2 dəq. oxuma
Mehdiyevin nəvəsinin toyuna gedən daha bir vəzifəli şəxs cəzalandırıldı -

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

Avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: