Məhəmməd Füzulinin Füzuli şəhərindəki heykəlinin qalıqları tapıldı - FOTO
Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.
APA-nın Qarabağa ezam olunmuş əməkdaşları abidəni dağılmış vəziyyətdə tapıblar.
Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.
Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yerlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.
Oxşar xəbərlər
Füzulidə daha 9 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
Ağdam teatrının qarşısındakı heykəlin qalıqları ta...
Son Xeberler
Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
Füzulinin azad olunması uğrunda döyüş gedir:
Son Xeberler
Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı -
Son Xeberler
Füzulinin bu kəndləri də işğaldan azad edildi!
Son Xeberler