"Məktəbin açılması kor-koranə və ya mexaniki bir iş deyil. Bununla bağlı Təhsil Nazirliyi, uzun müddətdir ki, hazırlıq işləri aparır. Burada uşaqların sanitar epidemioloji şərtlərə uyğun olaraq qarşılanması, onların tibbi protokola uyğun olaraq yerləşdirilməsi, sinif otaqlarında məsafənin qorunması, alt qruplara bölünmə və müəllimlərlə olan ünsiyyət imkanlarında həmin qaydaları gözləmək nəzərə alınıb".
Bunu açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, məktəblərin yenidən bağlanacağı ilə bağlı iddialar sadəcə şayiədir və həqiqəti əks etdirmir.