
Məktəblərdə əyani tədris martda yenidən dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra, mart ayının əvvəlində dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.
Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib:
"Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir!
Qeyd edək ki, oktyabrın ortalarında pandemiya ilə əlaqədar ölkədə əyani tədris dayandırılmışdı.
Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
Oxşar xəbərlər

Məktəblərdə əyani tədris yenidən dayandırılır? -
Son Xeberler

Bu gündən məktəblərdə əyani tədris bərpa olunur
Son Xeberler

Bəzi məktəblərdə əyani dərslər həftədə 3 gün keçir...
Son Xeberler

Sabah məktəblərdə dərslər dayandırılacaq? -
Son Xeberler

“Müəllimlər peyvənd olunacaqlar”
Son Xeberler

Valideyni tərəfindən məktəbə göndərilməyən şagirdl...
Son Xeberler