🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA - DƏRSLƏR...

27.07.2020 14:37 765 baxış sayı 4 dəq. oxuma
Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA -

''Bir müddət öncə Prezident koronavirus pandemiyası ilə bağlı ölkədə yaranmış vəziyyətdən danışarkən növbəti tədris ilində təhsilin təşkili formalarıın hələlik qeyri-müəyyən olduğunu vurğulamışdı. Eyni zamanda distant təhsil formasının da qaçılmaz olduğunu qeyd etmişdi. Bu isə artıq o demək idi ki, Təhsil Nazirliyi qarşıdakı tədris ili üçün təhsilin təşkili ilə bağlı müxtəlif modellər hazırlamalıdır.''

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, hazırki vəziyyətə uyğun olaraq, bir neçə təklif irəli sürüb:

''Bildiyim qədər TN -də bu istiqamətdə müəyyən müzakirələr aparılır. Amma hələlik ortada hökumətə təqdim oluna biləcək hansısa bir sənəd layihəsi yoxdur.

Fikrimcə yeni tədris ili üçün vaxt itirmədən təhsil formaları ilə bağlı bir neçə model hazırlanmalıdır. Bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə online müzakirələr təşkil olunmalıdır.

Təqdim ediləcək modellərə uyğun olaraq mövcud hüquqi-normativ bazaya əlavə və dəyişikliklərin layihələri hazırlanmalıdır.

Düşünürəm ki, indiki şəraitdə aşağıdakı təhsil formaları üzrə modellər üzərində işləmək faydalı olardı.

1. Əyani

(əgər hər şey köhnə qaydada olarsa, ənənəvi əyani təhsil forması nəzərdə tutulur)

2. Hibrid :Əyani-distant.

Bu təhsil forması əsasən əyani formanı nəzərdə tutur, lakin tədrisin distant texnologiyaların tətbiqi ilə distant formada təşkili, imtahanların onlayn formada təşkili də mümkündür. Bunun hüquqi təminatı üçün müvafiq normativlər qəbul edilməlidir, dərslərin təşkili, siniflərin formalaşması və s. qaydalara yenidən baxılmalıdır.

Valideynlər, şagirdlər, tələbələr Hibrid təhsil forması ilə bağlı qabaqcadan məlumatlandırılmalı və buna hazır olmalıdır.

3. Distant təhsil forması.

Bu təhsil forması tam distant tədrisi nəzərdə tutur, bunun üçün NK və TN Qaydalar hazırlamalıdır. Lisenziya şərtləri hazırlanmalıdır. DİM tərəfindən ali təhsil müəssisələri üçün bu formada təhsil alanların sayı qabaqcadan müəyyən olunmalıdır.''

Osman Gündüz bildirib ki, hibrid formada təhsilin təşkilində bütün səviyyələrdə texniki-texnoloji təminat və internet təminatı üçün məsuliyyətin təhsil müəssisəsinin üzərində olması doğru olardı.

Paylaş: