
“Mənim ürəyim Şuşa” təqdim olundu - VİDEO

Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.
Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.
Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib.
Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan müğənni Ülviyyə Salayeva ifa edib. Musiqi kompozisiyasının çəkilişlərində drijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Mənim ürəyim yanır, yanvardan bəri pul üzü görmür...
Şou Xəbər

"Əziz Şuşa, biz qayıtdıq!!!" -
Son Xeberler

Şuşa peykdən belə görünür -
Son Xeberler

Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğ...
Son Xeberler

“28 ildən sonra Şuşa işğaldan xilas edildi, şükürl...
Son Xeberler

“Bilirəm ki, xalq mənim qovmaqla bağlı sözlərimi b...
Son Xeberler


