🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Mənzil alarkən izolyasiya unudulur - DİQQƏT!

17.11.2020 12:38 327 baxış sayı 4 dəq. oxuma
Mənzil alarkən izolyasiya unudulur -

Azərbaycanda əksər insan mənzil alarkən ilk növbədə qiymətə, daha sonra otaqlarının genişliyinə və mətbəxinə baxır. Bir binada mənzilin kvadrat metrinin qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, çoxları hesab edir ki, həmin  mənzil “sərfəlidir”. Qətiyyən! Diqqətli olun!

Araşdırmalar göstərir ki, əksər halda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır.

Ona görə də mənzil seçimi edərkən hər zaman üz tutduğunuz şirkətlərdən alacağınız əmlak barədə texniki göstəriciləri tələb edin. Əgər binanın tikintisi zamanı izolyasiya sistemlərindən istifadə edilibsə, əmin olun ki, soyuq havada mənzilinizi isti, isti havada isə sərin qalacaq. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə də yardımçı olacaq.  Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı düşəcək.

Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti “ucuz olsun” deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara sırayır. Mənzil sahibləri də “ucuz” aldıqlarını düşünərkən, əslində bahalı və komfortsuz bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar.

Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur.  Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.

Hansı tikinti şirkətləri daş yundan istifadə edir?

Qışda isti, yayda sərin mənzillərdə yaşamaq və ömür boyu pulunuza qənaət etmək istəyirsinizsə daş yun ilə izolyasiyası olan binalardan mənzil alın.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki,  “Kristal Abşeron”, “Xəzər İnşaat XXI Əsr”, kimi böyük tikinti şirkətləri tikdiyi binaları daş yunla üzləyir. Bu şirkətlərin istifadə etdiyi daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində “TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir.

“Kristal Abşeron” şirkətindən bildirildi ki, 5 sm daş yun materialı fasadda  80 sm  içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.

Qısası, tövsiyə edirik ki, ucuza qaçmayın! Elektrik enerjisi və təbii qazın ildən-ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Mənzil alan zaman, binanın fasadının izolyasiyası ilə mütləq maraqlanın.

Paylaş: