Məşhur aparıcı ATV-dən getdi - FOTO

11.09.2020 09:50 590 baxış sayı 2 dəq. oxuma
Məşhur aparıcı ATV-dən getdi -

Bir müddət bundan əvvəl "ATV xəbər”in aparıcısı Lalə Azərtaşın işdən ayrılması və Xəzər TV-yə getməsi barədə xəbər yayılmışdı. O, sosial mediada video paylaşaraq sözügedən məlumatların doğru olmadığını, lakin bununla belə 18 ildir çalışdığı ATV ilə yollarını ayırma ehtimalının olduğunu da dilə gətirmişdi.

Azərtaş bu gün "Instagram" səhifəsində post paylaşaraq kanalla yollarını ayırdığını etiraf edib:

"Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm”.

O, tezliklə tamaşaçıların görüşünə yenidən gələcəyini də sözlərinə əlavə edib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: