29.08.2020 09:15
6
abunə
721
Məşhur aparıcılar "Xəzər"dən getdi
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi "Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.
 
Bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.
 

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra "Xəzər”in nəzdində fəaliyyət göstərən "Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən "Dalğa” TV-də efirə çıxacaq.
 

"Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun "Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də "Dalğa” TV-də yayıma başlayacaq.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine