Məşhur hotellər şəbəkəsi məhkəməyə verildi
Beynəlxalq hotellər şəbəkəsi “Marriott International” tarixindəki ən böyük müştəri məlumatlarının pozulmalarından birinin qarşısını ala bilmədiyi iddiası ilə məhkəməyə verilib.
“Financial Times” xəbər verir ki, bu barədə London məhkəməsində britaniyalı jurnalist Martin Brayant kollektiv iddia qaldırıb.
2014-cü ilin iyulundan 2018-ci ilin sentyabrına qədər hotel qonaqlarının məlumat bazalarına kənardan müdaxilə olunub.
Əldə edilən məlumatlara adlar, ev və e-poçt ünvanları, telefon nömrələri, pasport və bank kartları daxildir.
Qeyd edilən müddətdə bu hotellərdə təxminən yeddi milyon qonaq qalıb.
“W Hotels”, “Le Meridien Hotels & Resorts” və “Sheraton Hotels & Resorts”un məlumat bazalarının da haker hücumlarına məruz qaldığı qeyd edilir.
Etiketlər
Oxşar xəbərlər
Vəfa Şərifova Afət Fərmanqızını Məhkəməyə Verdi
Bugun.az
“Keçmiş deputat 400 min aldı, sonra da məndən şika...
Son Xeberler
Koronavirus 200 illik şirkəti də vurdu:
Son Xeberler
Bakının məşhur marketlərində qanun pozuntusu aşkar...
Son Xeberler
İtaliya klubu Balotelli və menecerini məhkəməyə ve...
İdman Xəbər
Çingiz Əsgərova yeni vəzifə verildi
Son Xeberler