
İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir

İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.
Məlumata görə, hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.
Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.
Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 1 oyunda 5 qol vurub.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Premyer Liqada Həftənin Komandası: BBC Şərhçisi Tr...
Futbol Neticeleri

Tanınmış məşqçinin yeni iş yeri bilindi
Bugun.az

"Napoli" - "Qarabağ": İtaliya və Azərbaycan klubla...
Azəri Xəbər

İtaliya, İsraili darmadağın etdi! Onlar Dünya Çemp...
Son Xeberler

İtaliya Ukraynaya qoşun göndərməyəcək
Bugun.az

Romada “İtaliya Müharibəni Rədd Edir” Şüarı ilə Yü...
KIBRIT MEDIA



