28.08.2020 09:12
6
abunə
382
Məşhur modelin paylaşımı üç milyondan artıq bəyənmə qazanıb FOTOLAR

Hamilə olan amerikalı super model Cici Hadidin “Instagram” hesabından paylaşdığı şəkillər az müddət ərzində üç milyondan artıq bəyənmə qazanıb.

“Mələk böyüyür”, - deyə o, fotoya şərh bildirib.

Feşn-fotoqraflar Luici Mureno və Yanqo Hensinin birgə çəkdiyi görüntülərdə super model şəffaf paltarda əks olunub.

Bir çox pərəstişkarlarla yanaşı, məşhurlar da paylaşımdan heyranlıqlarını bildiriblər.

“Dünyanın ən gözəl hisslərindən biri. Təbrik edirəm, gözəl qız”, - deyə bu il özü də ana olan model Eşşli Qrem yazıb.

Hollandiyalı model Luna Beyl isə “İnanılmazdır” yazıb.

Britaniyalı müğənni Karen Elson onun möhtəşəm göründüyünü vurğulayıb.

Danimarkalı super model Helena Kristensen isə “Mələyin mələyi olacaq”, - deyə şəklə münasibətini bildirib.

“E! News”un məlumatına görə, 25 yaşlı Cici Hadid və sevgilisi məşhur ifaçı Zeyn Malik ilk dəfə valideyn olacaqlar.

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine