🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı

20.12.2020 05:29 634 baxış sayı 6 dəq. oxuma
Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı
Məşhur "qanuni oğru”  Levan Suximski  Vladimir vilayət Məhkəməsindən qaçıb. Rusiya mediası yazır ki, aprel ayından bəri xüsusi məntəqədə saxlanılan 45 yaşlı "qanuni oğru” haqda məhkəmə dekabrın 17-də xüsusi qərar çıxarmalı imiş.
 
İş ondadır ki, aprelin 17-də Suxumski Moskvanın "Vladimirski Sentral” həbsxanasından azadlığa buraxılıb. Amma həbsxana qapısı bağlanan kimi onun Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.
 
"Qanuni oğru”ya bildirilib ki, Rusiya daxili işlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə onun Rusiyaya ömürlük gəlməsi qadağan olub.
 
Bu qərardan sonra bu dəfə "qanuni oğru”ya Oktyabrski Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilirdi ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaq. Məlumatda bildirilir ki, artıq 8 aydır ki, xüsusi təcridxanada saxlanılan Suximskiyə sentyabr ayında Rusiya Federal Təhkükəsizlik Xidməti yeni cinayət işi qaldırıb və bu səbəbdən "qanuni oğru”nun həbs müddəti uzadılmalı imiş. Ehtimal edilir ki, ona kriminal ierxayiya mənsub olmaqla bağlı cinayət işi qaldırılıb. 
 
Qeyd edək ki, bir il əvvəl Rusiya Prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib. Belə ki, kriminal ierarxiyaya mənsub olan (qanuni oğrular) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilir. Həmçinin 5 milyon rubla qədər cərimə ödəməlidirlər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndəsi üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.
 
Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.
 
Beləliklə, Suximskini də ağır cəza gözləyirdi və bu səbəbdən onun qaçışı təşkil edilib. Aydındır ki, 8 aydır həbsdə olan və FTX-nın cinayət işi açdığı "qanuni oğru” konvoyların köməyi olmadan qaça bilməzdi. 
 
Rəsmi məlumata görə, məhkəmə zalına gətirilən Suximskinin vəkili əvvəl onun qandalının açılmasına nail olub. Bundan sonra Suximskinin tualetə getmək ehtiyacı yaranıb və bundan sonra "qanuni oğru” qeyb olub.   
 
Məlumat üçün deyək ki, Levan 1975-ci ildə Suxumidə doğulub. Levan Suxumski Orenburq vilayətindəki xüsusi rejimli "Qara Delfin” həbsxanasından başqa Rusiyanın demək olar ki, bütün həbsxanalarında olub. "Qanuni oğru” hətta 2011-ci ildə istintaq müddətində təcridxananın qadınlar saxlanılan bölməsinə yerləşdirilib. Buna səbəb isə onun nüfuzunu zədələmək deyil, əksinə qorumaq olub. Belə ki, həmin vaxt təcridxanada olanlar Levan Suxumskinin "ideoloji düşmənləri” imiş və bu səbəbdən onun qadınlar üçün nəzərdə tutulan korpusda saxlamaq zərurəti ortaya çıxıb.
 
O, Rövşən Lənkəranski nəslinə aid "qanuni oğru”lardan hesab olunur. "Qanuni oğru” adını Merab Suxumski kimi tanınan (bəzi mənbələrdə onlar qardaş kimi göstərilib) Merab Canqveladzenin xeyir-duası ilə alıb.
 
2012-ci ilin noyabrında Artyom Lipetsk, Gizo Kardava, azərbaycanlı "qanuni oğru” Vaqif Bakinski (Diplomat), Timur Sverdlovski və digərləri Levanın "oğru” statusunu tanımamaq barədə "proqon” yaymışdılar. Amma hələ də bir sıra "qanuni oğru” lar onu kriminal aləmin ən tanınmış simalarlından hesab edirlər.  
Paylaş: